Eplife.az

» » Almaz Mikrodermabraziya


Almaz Mikrodermabraziya

MİKRODERMABRAZİYA
Kosmetologiyanın ən populyar prosedurlarından biri pilinqdir. Pilinq – “peel” sözündən götürülüb və dərinin qabıqlanması mənasını verir. Bu qabıqlanma nəticəsində ölü hüceyrələr dəri üzərindən təmizlənir. Həkim-kosmetoloq Günay Mikayılova Aile.lent.az-ın oxucularına pilinq haqqında ətraflı məlumat verib.


Pilinqlər üç növə bölünür: mexaniki, kimyəvi və lazer.


Mexaniki pilinq müxtəlif skrablar və kosmetoloji vasitələrlə üz dərisinin təmizlənərək yenilənməsidir. Buraya mikrodermabraziya, braşinq üsulu da daxildir.

Mikrodermobraziya dəridə olan xırda çapıqları aradan qaldırır, zaman-zaman yaranmış qırışlar və ləkələri yox edir. Dəridə yaranmış piqment ləkələrini də mikrodermobraziya üsulu ilə təmizləmək olar.
Almaz başlıqlı mikrodermobraziya zamanı isə aparılan prosedur daha effektli olur. Çünki bu zaman prosedur dəriyə daha geniş və mükəmməl şəkildə tətbiq olunur.

Pilinqin nəticələri:

- dərinin rəngini bərabərləşdirir

- dərinin teksturası yaxşılaşır - dəri hamar və yumşaq olur

- məsamələr təmizlənir və daralır

- piqmentasiya ağarır

- akne, səpki, qara nöqtələr müalicə edilir

- sızanaqlardan sonra qalan ləkələr aparılır

- dərinin liftinqi - dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir

- dərinin artıq yağı azalır


Prosedura daxildir:
1. Demakiyaj
2. Skabla təmizləmə
3. Almaz cilalanma
4. Sakitləşdirici maska
5. Massaj
6. Nəmləndirici kremin çəkilməsi
Prosedur 40-50 dəq çəkir