Eplife.az

» » Mexaniki təmizləmə (çistka)


Mexaniki təmizləmə (çistka)

Təxminən 16 yaşdan sonra dəriyə düzgün şəkildə qulluq etmək lazımdır.Dərinin yumşaq və elastik qalması üçün dəridəki piy vəzilərinin böyük əhəmiyyəti vardır. Onlar tərəfindən hazırlanan piy maddəsi üzün dərisi boyu bərabər yayılaraq özünəməxsus qoruyucu təbəqə əmələ gətirir. Ancaq bəzi səbəblərdən (hormonal, maddələr mübadiləsinin yaşa uyğun dəyişiklikləri, dərinin özünün bəzi xüsusiyyətləri, dəriyə düzgün qulluq edilməməsi və s.) dəridəki vəzilər tərəfindən piyin ifraz edilməsi artaraq dəridə məsamələrin tutulmasına da səbəb ola bilər.Havanın təsiri altında piy tıxacı yaraşıqsız qara nöqtənin – kamedonun, bəzi hallarda isə dərialtından qalxan ağ nöqtənin – ağ civzənin əmələ gəlməsinə səbəb olur. Tutulmuş məsaməyə bakteriyalar daxil olduqda, həmin sahədə iltihablaşma prosesi başlayaraq irinli sızanaqların yaranmasına səbəb olur. Dəridə iltihabi proseslərin profilaktikası məqsədi ilə onu kamedon və ağ civzələrdən təmizləmək lazımdır. Bu problemləri həll etmək üçün estetik mərkəzlərdə aparılan xüsusi dəri təmizlənmə üsullarından istifadə etmək olar.

Prosedur bir neçə mərhələdən ibarətdir.


- Demakiyaj və qommaj - Üz üçün nəzərdə tutulmuş təmizləyici süd, tonik və skrab vasitəsilə üz makiyaj qalıqlarından, çirkdən təmizlənir.

- Brasaj - hərəkət edən xüsusi başlıqlar, süngər, şotka vasitəsilə dərinin üst buynuz qatının ölmüş hüceyrələrdən təmizlənməsidir. Nəticədə dəri hamarlaşır, piy və tər vəzlərinin qalıqlarından təmizlənir.

-Vaporizasiya - kiçik dispersli buxar vasitəsilə üzün buxarlanmasıdır. Metod qan dövranının yaxşılaşması, məsamələrin açılması, piy və tər vəzlərin ifzarının stimulyasiyalı məqsədi ilə istifadə olunur. Ozonla zənginləşdirilmiş buxar eyni vaxtda üz dərisini oksigenlə zənginləşdirir, nəmləndirir, dezinfeksiya edir və sakitləşdirir.
- Ultrasəs pillinq - epidermisin səthi eksfoliasiyasıdır (ölmüş hüceyrələrdən, qara nöqtələrdən-komedonlardan, piy və tər vəzlərinin qalıqlarından təmizlənməsi). Prosedurun əsasını ultrasəs dalgalarının dəriyə mexaniki təsiri təşkil edir.

- Ozon buxarı altında Uno qaşığı ilə təmizlənmə
- Darsonval - iltihab əleyhinə toz yaş tamponla üzə çəkilir və 5-7 dəqiqə darsonvalizasiya aparılır. Məqsəd hiperemiyanı aradan götürmək, anitseptik təsir göstərmək və məsamələri yığmaqdır.

- Maskalar.Prosedur dəriyə müxtəlif tərkibli - əsasən dərini sakitləşdirən, məsamələri yığan maskanın qoyulması ilə başa çatır.

60-90 dəq vaxt aparır.

Bu prosedura zamanı dəridə olan iltihabi elementlərin (kamedon, ağ civzələr) təmizlənməsindən savayı, dərinin qan dövranı və mübadilə prosesləri xeyli yaxşılaşır, tər və piy vəzilərinin fəaliyyəti normallaşır. Yaxşı təmizlənmiş dəri nəmliyi, oksigeni daha asanlıqla mənimsəyir. Bu təmizlənmədən sonra dəriyə çəkilən maska və kremlər dərinin təmizlənməsindən əvvəl istifadə olunduqlarından daha yaxşı effekt verir. Dərinin təmiz olması yaxşı makiyajın əsasıdır. Estetik mərkəzdə aparılan bu prosedura istənilən dəri tipi (hətta quru) üçün vacib hesab edilir. Yadda saxlayın ki, bu proseduraların aparılmasına yaş həddi də, demək olar, yoxdur. Dərinin Estetik mərkəzdə təmizlənməsi yağlı dərilər üçün ay ərzində iki dəfə, normal və qarışıq tipli dərilər üçün ayda bir dəfə, quru dərilər üçün isə 2-3 ayda bir dəfə olmaqla aparılmalıdır. Təmizlənməsinin tezliyi hər bir fərdi halda kosmetoloq tərəfindən təyin edilir.

Üz dərisinin təmizlənməsinə olan kosmetik əks göstərişləraşağıdakılardır: çoxlu sayda irinli sızanaqlar; dərinin müxtəlif irinli xəstəlikləri (frunkullar); ekzema; herpes və s.