Eplife.az

» » » Mezosaplar


Mezosaplar

Plastik əməliyyatsız tarım, elastik, hamar dəri –bu xəyaldır! Yox bu həqiqətə çevrilə bilər! Yeni mezosaplar ilə keçirilən tredliftinq üsulu, bədənin və üzun toxumalarının hər istiqamətdə “dartılmasına” kömək edir. Polidioksidan materialının köməkliyi ilə, dəriyə yeridilən saplar yüksək uyunluğa malikdirlər və onlar sonradan 6-9 aya əriyib yox olurlar. Bunun nəticəsi dərhal görünür və 2 il müddətinədək saxlanılır.

6-9 ay keçdikdən sonra saplar parçalanmaya başlanır və nəticədə qaz və suya çevrilirldikdən sonra bədəndən çıxarılır. Sapların yerində birləşdirici toxumadan dərini qırışdan saxlayan “karkas” yaranır. Həmin bu “karkas” üzün tarımlığını 1,5-2 dək saxlaya qadirdi. Sonra proseduru yenidən təkrarlamaq lazım olur.

2 həftə ərzində hamam, sauna, solyariy və günəş altında qaralma qadağandır. Həmçinin fitneslə və fizioterapiya prosedurları qəbul etmək məsləhət görülmür.


MEZOSAPLARIN ÜSTÜNLÜKLƏR:

· Dərhal nəticə.

· Sapların toxumalarla 100% biouğunluğu.

· Başqa cavanlaşdırıcı prosedurlarla kompleksdə birləşdirmək imkanı.

· Prosedurdan sonra effektin 1,5-2 ilədək davamı.


Hansı zonalara tətbiq etmək olar:


ÜZ

· Dodaq-burun arası, dodaq-çənə arasında yaranan qırışlar.

· Dodaq ətrafında olan bütün qırışlaq.

· Qaşların aşağı düşməsi, bürüşüklüyü.

· Qaş arası qırışlar.

· Dərinin süstük vəziyyəti.

· Dərinin plastik əməliyyatdan sonra olan tarımlığının pozulması

· Dekolte və boğaz dərisinin qırışıqlığı.


ƏKS GÖSTƏRIŞLƏR

· Qrip, soyuqdəymə və yoluxdurucu xəstəliklər.

· Dərinin iltihab vəziyyəti.

· Onkoloju xəstəliklər.

· Qan xəstəlikləri, qanın laxtalanmasının pozulması.


Keçirici-iynə vasitəsi ilə dərinin toxumalarının ən dərin qatlarına mezosaplar daxil edilir. Bu sintetik iplərin əsasənda polidioksanon daxildir. Mezosapların üstü poliqlikol turşusundan hazırlanır. Mezosaplar çox möhkəmdirlər. Bir zonaya bir neçə sap daxil edəndə maksimal effekt yaranır. Bu saplardan yaranan karkas yumuşaq və təbii halda dəriyə birləşir. Nəticədə mezosaplara hidrolitik parçalanma başlayır və onlar qaz və suya çevrilirlər. Öz möhkəmliyini mezosaplar 80 gün saxlayırlar, sonradan yavaş yavaş əriyib yox olurlar. Bu proses baş verərkən 240 gün ərzində sapların ətrafında təzə əmələ gələn toxumalardan təbii karkas yaranır. Buna görə də dərinin cavanlaşdırma effekti əldə edilir.


3D mezosapların başqa üsullarla kombinasiyası.

Bildiyimiz kimi, hər hansı bir üsulun başqa üsullarla kombinasiyası daha tez və daha yaxşı nəticə verir. Xsusilə fillerlərin mezosaplara kombinasiyası estetik əməliyyatlarda böyük imkanlar yarada bilər.

Mezosapları radiodalğalı liftinglədə birləşdirmək olar. Radiodalğalı lifting dərinin ən dərin qatlarında olan mezoiplərin effektini daha da gücləndirir.


4 həftə keçdikdən sonra kompleksli cavanlaşdırıcı metodikalardan və aparatlardan istifadə etmək olar. Bu qıssa bir müddətdə sizə maksimal nəticə verə bilər.


PROSEDURUN EFFEKTI

Siz cavan, gözəl və tarım üz və ya bədən əldə edirsiz. Bu nəticə 1,5 -2 ilədək davam edir.